Zəlzələdən sonra AES-lərdə vəziyyət necədir?

 17:34 08.08.2024     182

Yaponiyanın cənub-qərbində Kyuşu adası yaxınlığında baş verən 7,1 bal gücündə zəlzələ yerli nüvə obyektlərində heç bir fövqəladə vəziyyət yaratmayıb

Redaktor.az xəbər verir ki, bu barədə seysmoloqlar məlumat verib.

"Hazırda gündəlik təhlükəsizlik yoxlamaları üçün bağlanan İkata Atom Elektrik Stansiyasında heç bir zədə və ya digər anomaliya əlamətləri yoxdur. Oxşar məlumat operator Kyushu Electric Power tərəfindən fəaliyyət göstərən Sendai Atom Elektrik Stansiyasına da aiddir", - deyə bildirilib.

Türkan İSGƏNDƏRLİ