Tramp Baydenə görə ABŞ-nin hörmətdən düşdüyünü bildirdi

 23:05 08.08.2024     245

ABŞ hazırkı Amerika lideri Co Baydenin rəhbərliyi altında Rusiya və Çinin qarşısında hörmətini itirib.

Redaktor.az RSBN-ə istinadla xəbər verir ki, bu fikirləri Ağ Evin keçmiş rəhbəri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

ABŞ-nin Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində keçirdiyi mətbuat konfransında o, "Rusiya artıq bizə hörmət etmir. Çin artıq bizə hörmət etmir" deyib.

Tramp həmçinin hesab edir ki, ABŞ Prezidenti Bayden yox, o olsaydı, Ukrayna münaqişəsinin qarşısını almaq olardı.

Bundan əlavə, respublikaçı namizəd Çin sədri Si Cinpinlə yaxşı münasibətdə olduğunu qeyd edib. "Si Cinpinlə çox yaxşı münasibətim var idi, onu COVID-19 pozdu. Amma inanıram ki, yenidən gözəl münasibətimiz olacaq. Bu, qarşılıqlı faydalı əlaqələr olacaq", - Tramp deyib.

Turan İSMAYIL