Harris Trampla debatlara açıqdır

 10:08 09.08.2024     207

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından namizəd Kamala Harris sentyabrın 10-dan sonra Donald Trampla televiziya debatlarına açıqdır.

Redaktor.az xəbər verir ki, bu barədə Harris özü açıqlayıb.

O, 10 sentyabr və əlavə debatlara hazır olduğunu bildirib.

"Mən komandamla danışdım. İstəyirəm ki, ayın sonuna qədər müsahibələr verək. alaq", - Harris əlavə edib. 

Qeyd edək ki, Tramp da 2024-cü ilin sentyabrında ABŞ televiziya şirkətləri ilə üç raund prezidentlik debatına razılıq verib.

Türkan İSGƏNDƏRLİ