Harris Trampı geridə qoyur

 10:33 09.08.2024     215

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris amerikalılar arasında dəstək səviyyəsinə görə Respublikaçılar Partiyasının namizədi Donald Trampdan beş faiz çoxdur. 

Redaktor.az bu barədə Reuters agentliyi Ipsos sosioloji xidmətinin ictimai rəy sorğusunun nəticələrinə istinadən xəbər verir.

Araşdırmaya görə, respondentlərin 42%-i Harrisə, 37%-i isə Trampa səs verməyə hazırdır. Digər 4% seçici müstəqil namizəd Robert Kennedini dəstəkləyəcək.

Sorğu avqustun 2-dən 7-dək 2000-dən çox ABŞ seçicisi arasında keçirilib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Türkan İSGƏNDƏRLİ