Ukraynaya edilən yardımlar nəticə VERMİR

 11:02 09.08.2024     226

Almaniya Ukraynaya hərbi yardımını dayandırmalıdır, çünki bu yardım heç bir nəticə vermir.

Redaktor.az xəbər verir ki, bunu Saksoniya Federal Əyalətinin baş naziri Maykl Kretçmer RND ilə görüşdə tələb edib.

Baş nazirin sözlərinə görə, Berlinin Kiyevlə bağlı siyasəti də səmərəsiz olub.

O əlavə edib ki, Ukrayna münaqişəsinin həlli danışıqlar masası arxasında aparılmalıdır.

Sevinc İBRAHİMZADƏ