Tibbi protez hazırlamaq üçün cəsədləri OĞURLADILAR
Çində cinayətkar təşkilat krematoriyalardan və tibbi laboratoriyalardan tibbi protez hazırlamaq üçün təxminən 4000 cəsədi oğurlayıb.
Redaktor.az "South China Morning Post"a istinadən xəbər verir ki, cinayətkarlar qeyri-qanuni sümük toxuması satış biznesindən təxminən 380 milyon yuan (təxminən 53 milyon dollar) qazanıblar.
Vəkil Yi Şenxua bildirib ki, Taiyuan şəhərində (Şansi əyaləti) polis allogen protezlərin istehsalı üçün insan qalıqlarının kütləvi oğurlanması hadisəsini araşdırır. Onun sözlərinə görə, "Shanxi Aorui Biomaterials" şirkəti Sıçuan və Şandunq əyalətlərindən, eləcə də Quanksi-Çjuan Muxtar Bölgəsindən qanunsuz olaraq meyit və bədən üzvləri alıb.
Polis 18 ton sümük və 34 mindən çox hazır və ya tamamlanmaq üzrə olan protez ələ keçirib. Onların mənbələri həmçinin bildiriblər ki, Su soyadlı Shanxi Aorui Biomaterials şirkətinin baş direktoru Yunnan, Quizhou və Siçuan əyalətlərində, eləcə də Chongqing şəhərindəki krematoriyalardan 4000-dən çox insan cəsədinin oğurlandığını etiraf edib. Krematoriumun əməkdaşları cəsədləri daşımaq və sonrakı emal üçün parçalara ayırıblar. İnsan qalıqlarının tədarükçüləri arasında Qingdao Universiteti Xəstəxanasında (Şandunq əyaləti) Qaraciyər Araşdırma Mərkəzi var.
Vəkilin ifadəsinə görə, bu iş üzrə cinayət planında iştirak etdiklərinə görə ümumilikdə 75 şübhəli saxlanılıb.
Sevinc İBRAHİMZADƏ