İsrail Xan-Yunis əməliyyatına başladığını elan etdi

 13:04 09.08.2024     173

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində terrorçuların olduğunu göstərən kəşfiyyat məlumatlarını aldıqdan sonra əməliyyata başlayıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat verib.

"Qoşunlar həm yerüstü, həm də yeraltı döyüş əməliyyatları aparır, sursat və terror obyektləri aşkar edilərək məhv edilir", - deyə məlumatda bildirilib.

Bundan əlavə, qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Xan-Yunisdə HƏMAS-ın 30 hədəfinə zərbələr endirib, hücuma məruz qalan hədəflər arasında silah anbarları və terrorçuların toplaşdığı yerlər də olub.