Bu ölkədə 3,8 bal gücündə zəlzələ baş VERDİ

 14:03 09.08.2024     217

Yunanıstanda 3,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

Məlumata görə, səhər saatlarında baş verən zəlzələnin dərinliyi 8.1 kilometr olub. Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, son vaxtlar Yunanıstanda zəlzələlər ard-arda baş verir.

Türkan İSGƏNDƏRLİ