COVID-19-a yoluxanların sayı 6 dəfə ARTDI

 14:16 09.08.2024     211

Cənubi Koreyada COVID-19 səbəbiylə xəstəxanalara müraciət edənlərin sayı 1 ayda 6 dəfə artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. 

Məlumata görə, xəstəxanaya müraciət edənlərin sayı təkcə avqustun ilk həftəsində 861 nəfər olub. Onlar xəstəliyi yüngül simptomlarla keçirib. 

Səhiyyə Nazirliyi bununla bağlı 65 yaşdan yuxarı insanlar üçün COVID-19-a qarşı peyvənd prosesinin başlayacağını bildirib.

Türkan İSGƏNDƏRLİ