Müəmmalı hadisə: QAYIQDA 14 SKELET TAPILDI
Dominikan Respublikasında bir qayıqda qeyri-qanuni maddələrlə birlikdə 14 skelet tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dominikan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumat görə, mənşəyi məlum olmayan qayıq yerli balıqçı tərəfindən tapılıb. Qayıqda Seneqal və Mavritaniya vətəndaşlarına məxsus mobil telefonlar, bel çantaları və şəxsiyyəti təsdiq edən sənədlər də aşkar edilib.
Bildirilib ki, skeletlər mümkün xəstəliklərin qarşısının alınması üçün dezinfeksiya edilib, daha sonra ekspertiza üçün məhkəmə-tibb ekspertizasına göndərilib.
Türkan İSGƏNDƏRLİ