Rusiyanın hərbi karvanı atəşə tutuldu - 26 hərbçi öldü, 100-dən çoxu yaralandı

 16:02 09.08.2024     464

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb.

Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi əməliyyat zamanı HIMARS raketlərindən istifadə edib. Hədəfə ümumilikdə 12 raket atılıb.

Vumart və Güvən reklamı Vumart Güvən