Bu məsələ Qəzzadakı girovların azad edilməsinə kömək edə bilər

 17:29 09.08.2024     193

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında girovların azad edilməsi ilə bağlı İsraillə danışıqlara təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

"Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və Livanın “Hizbullah” şiə hərəkatının komandiri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.İnanıram ki, bu, girovların azad edilməsi ilə bağlı gələcək danışıqlara təsir göstərəcək"-, deyə diplomat bildirib.

Türkan İSGƏNDƏRLİ