Bu ölkələrdə sərhəddə nəzarəti gücləndiriləcək

 20:16 09.08.2024     198

 

Danimarka hökuməti İsveçlə sərhəddə, xüsusən də iki ölkəni birləşdirən Öresund körpüsündə nəzarəti gücləndirir.

Redaktor.az xəbər verir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelqord deyib.

“Vəziyyət ciddidir”, - nazir görülən tədbirlərin səbəbi barədə danışarkən deyib.

Bu gündən körpüdən keçən qatarlarda sərnişinlər nəzarətdən keçəcək, həmçinin sərhəddə üztanıma kameraları ilə analitik iş gücləndiriləcək.

Hummelqordun bəyanatı keçən həftə Danimarkada baş verən atışma ilə əlaqədar üç isveçli yeniyetməyə mütəşəkkil cinayətkarlıqla bağlı olduqlarına görə ittiham irəli sürüldüyü bir vaxta təsadüf edir. İsveçdə mütəşəkkil cinayətkar qruplaşmalarla bağlı atışmalar və partlayışlar mütamadi olaraq baş verir. Avropa İttifaqında adambaşına düşən küçə cinayətlərinin ən yüksək səviyyəsi də İsveçdədir.