Sərnişin təyyarəsi qəzaya UĞRADI
Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə G1 portalı xəbər yayıb.
Məlumata görə, söhbət ATR 72 modelinin təxminən 68 sərnişinin daşınması üçün nəzərdə tutulmuş təyyarəsindən gedir. Təyyarə Kaskaveldən Quarulosa daxili reyis edib.
Portal ölənlər və ya xəsarət alanlar haqqında məlumat verməyib.