Hakan Fidan Monteneqrolu həmkarı ilə GÖRÜŞDÜ
Xarici işlər naziri Hakan Fidan Monteneqrolu həmkarı Ervin İbrahimoviç görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Daha sonra mətbuata çıxış edən nazirlər İsrail-Fələstin münaqişəsini haqqında danışıblar. Onlar ədalətli iki dövlətli həlli üçün çalışdıqlarını bildiriblər.
Bundan başqa Hakan Fidan İraqla münasibətlərə də toxunub. O bildirib ki, İraqla davam edən əlaqələri institutsionallaşdırmaq üçün səylər davam edir.
Türkan İSGƏNDƏRLİ