Atəşə məruz qalan 69 nəfər xəstəxanada müalicə olunur

 12:44 11.08.2024     130

Ukrayna ordusunun Kursk vilayətini atəşə tutması nəticəsində yaralanan 69 nəfər, o cümlədən 8 uşaq xəstəxanada müalicə alır.

Redaktor.az xəbər verir ki, bu barədə avqustun 11-də Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat yayıb.

“Səkkiz uşaq olmaqla 69 nəfər xəstəxnadadır. 17 yaralının vəziyyəti ağırdır. İki uşaq olmaqla 29 zərərçəkənə ambulator yardım göstərilib. Səkkiz nəfər evə buraxılıb”, - deyə o vurğulayıb.

Nazirin qeyd etdiyi kimi, 11 nəfər, o cümlədən dörd uşaq Moskvanın federal tibb mərkəzlərində və xəstəxanalarında müalicəsini davam etdirir.