6 nəfəri ildırım vurdu
Çinin Çançjou şəhərindəki parkda pavilyona güclü ildırımın düşməsi nəticəsində 6 nəfər ölüb. Qeyd olunub ki, daha 10 ziyarətçi pis hava şəraitindən sonra xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, Fangmaoshan parkında insanların yağışdan gizləndiyi besedkaya ildırımın düşdüyü məlum olub. Nəticədə struktur birbaşa qorunan əraziyə gələnlərin üzərinə çöküb. Onlardan 6-sı həyatını itirib, yaralıların vəziyyətinin stabil olduğu bildirilib.
Sevinc İBRAHİMZADƏ