Qeyri-qanuni neft emal edən obyektlər MƏHV EDİLDİ
Nigeriyada qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 13 obyekt dağıdılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet bildirib.
Onun sözlərinə görə, əməliyyat vaxtı obyektlərlə birgə 10 neft tankeri və bir neçə kanistr ələ keçirilib. Qabkvet vurğulayıb ki, hava əməliyyatları neft oğruları və neft boru kəmərlərini partlatmaq kimi qeyri-qanuni hərəkətlərlə məşğul olan iqtisadi təxribatçıların fəaliyyətini azaltmaq səylərinin bir hissəsidir.
Nigeriyada neft oğurluğu ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Türkan İSGƏNDƏRLİ