Elektron tullantılardan qızıl əldə etmək mümkündür
Britaniyada elektron tullantılardan qızıl çıxarmağa başlayıblar.
Redaktor.az xəbər verir ki, Böyük Britaniyanın Sikkəxanası elektron tullantılardan qızıl çıxaran innovativ qurğunun işə salındığını elan edib.
Bu, televizorlar, noutbuklar və mobil telefonlar kimi köhnə elektron cihazlarda tapılan çap dövrə lövhələrindən (PCB) qızıl çıxarmaq üçün Kanadanın "Excir" şirkətinin patentləşdirilmiş texnologiyasından istifadə edən dünyada ilk sənaye obyektidir.
Uelsdə yerləşən yeni fabrik ildə 4000 tona qədər elektron tullantı emal etmək gücünə malikdir.
Mədən prosesi otaq temperaturunda baş verir ki, bu da onu ənənəvi qızıl çıxarma üsullarından daha səmərəli və sərfəli edir.
Əldə edilən qızıldan "The Royal Mint"in 886 kolleksiyası kimi dünya səviyyəli zərgərlik məmulatlarının istehsalı üçün istifadə olunur.
"Mint"in baş direktoru Anna Cessop vurğulayıb ki, bu layihə gələcək nəsillər üçün dəyərli resursları qoruyub saxlamaqla yanaşı, həm də Sikkəxananın məşhur olduğu ənənəvi sənətkarlığı dəstəkləyəcək.
Sevinc İBRAHİMZADƏ