İsrail təhlükəsiz yaşamaq istəyirsə, sülhə razı olmalıdır
İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinin azad edilməsi iki suveren dövlətin, yəni ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qərarın həyata keçirilməsi Yaxın Şərqdə uzunmüddətli sülhə zəmanət verəcək.
Redaktor.az xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas TASS-a müsahibəsində deyib.
O bildirib ki, İsrailin hökuməti sülhə inanmır və özünü beynəlxalq hüquqdan üstün tutur. Bu, Yaxın Şərqdəki vəziyyəti gərgin vəziyyətə salır.
"İsrail normal, sülhsevər bir dövlət kimi qonşuları ilə təhlükəsiz və sülh şəraitində yaşamaq istəyirsə, Ərəb Sülh Təşəbbüsü də daxil olmaqla, beynəlxalq hüquqi bazaya əsaslanan iki dövlətli həllin həyata keçirilməsinə razı olmalıdır". Abbas əlavə edib.
Türkan İSGƏNDƏRLİ