Tehranın İsrailin hərəkətlərinə cavabı ləyaqətli və sərt olacaq - İranlı general
Tehranın İsrail tərəfinin hərəkətlərinə cavabı ləyaqətli və sərt olacaq.
Redaktor.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Qərargahının rəis müavini, briqada generalı Əli Şadmani Ordu-2024 forumu çərçivəsində TASS-a bildirib.
“İranın nöqteyi-nəzərindən, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə regionda təhlükəsizlik balansını pozdu. İran kimi güclü ölkənin cavab verməli olub-olmayacağına dünya əksəriyyəti qərar vermir. İntiqam üsulunu ruhani liderimiz müəyyən edib. Bu asan seçim deyildi”, - deyə o bildirib.
"Bu vəziyyətə təsir edən iki amil var - regiondakı vəziyyət, ikincisi isə daxili məsələlərə yönəlib. Bütün dövlət xadimləri yekdilliklə belə qənaətə gəliblər ki, cavab ləyaqətli və sərt olmalıdır", - deyə general əlavə edib.
Turan İSMAYIL