Rusiya Ukraynanın reaktiv atəş sistemlərini məhv ETDİ

 17:11 12.08.2024     262

Rusiya Ukraynanın reaktiv yaylım atəş sistemlərini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rus əsgərləri Kurskda apardıqları kəşfiyyat əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin yük maşınlarına quraşdırılmış MLRS aşkarlayıblar. MLRS-lər Kursk bölgəsinin sərhəd bölgəsindəki dinc yaşayış məntəqələrinə atəş açmaq üçün istifadə edilib.

Daxil olan kəşfiyyat məlumatlarını təhlil etdikdən sonra Ukraynanın pikap maşınları məhv edilib.

Türkan İSGƏNDƏRLİ