Uçan taksinin fəaliyyətə başlayacağı tarix AÇIQLANDI
Dubayda 2025-ci ildə kommersiya uçan taksi xidmətinə başlaya bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” “Jobi Aviasiya Korporasiyası”nın mətbuat xidmətinin məlumatına əsasən məlumat yayıb.
Mənb bildirib ki, məqsəd gələn ilin sonunadək Dubayda kommersiya akkumulyatorlu hava taksi xidmətlərini işə salmaqdır. Bu məlumatı "Joby Aviation" şirkətinin baş meneceri təsdiqləyib.
Elektrik aviasiya sahəsindəki bu startap sərnişinlər üçün qısa məsafəli turlara imkan verən elektrik cihazlarının yaradılması ilə məşğul olur. İlkin olaraq şirkət uçan taksi xidmətini 2025-ci ilin əvvəlindən istifadəyə verməyi planlaşdırırıb. Bununla belə, ABŞ Federal Aviasiya Administrasiyası və digər ölkələrdə tənzimləyici orqanlar tərəfindən sertifikatlaşdırma prosesi hələ başa çatmayıb.
"Biz Dubayda kommersiya əməliyyatlarına başlamağı düşünürük. Bu ilin sonuna yaxın orada ilkin infrastrukturun təməlini qoyacağıq və gələn ilin birinci yarısında ilk uçuşları, ilin ikinci yarısında isə tam əməliyyatları elan edəcəyik", - deyə "Joby Aviation"ın CEO'su deyib.
Şirkət hələlik yalnız Dubayda uçan taksi xidmətini işə salmağı planlaşdırır. Layihə uğurlu olarsa, Əmirliyin digər şəhərlərində də alternativ layihələrə start verilə bilər.
Sevinc İBRAHİMZADƏ