Zaporojye AES təmir olunacaq

 17:48 12.08.2024     259

Zaporojye Atom Elektrik Stansiyasının (AES) soyuducu qülləsi Ukrayna pilotsuz təyyarələrinin hücumundan sonra əsaslı təmir olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə zavodun direktoru Yuri Çerniçuk bildirib.

“Ayırıcı qurğular tamamilə yanıb. Konstruktiv polad da yanğın təsirinə məruz qalıb. Burada plastik ayırıcı qurğuların bərpasının aparılması mütləqdir", - o əlavə edib.

Xatırladaq ki, avqustun 11-də Ukraynaya məxsus pilotsuz təyyarələr Zaporojye AES-in soyutma qülləsinə hücum edib.

Türkan İSGƏNDƏRLİ