Prezidentə qarşı zorakılıq edənlərə cəza tətbiq EDİLƏCƏK

 17:55 12.08.2024     253

Belarus hazırkı prezident və ölkənin keçmiş rəhbərlərinə qarşı zorakılığa görə cinayət məsuliyyəti tətbiq edə bilər.

Redaktor.az xəbər verir ki, müvafiq qanun layihəsini parlamentə ştatın lideri Aleksandr Lukaşenko təqdim edib .

Prezidentlərə qarşı, zorakılıq, təhqir əməlləri törədən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə üzləşə bilərlər.

Bundan əlavə, Lukaşenkonun təqdim etdiyi qanun layihəsində hərbi sirlərin, şəxsi məlumatların bütün ölkə ərazisində yayılmasına görə də məsuliyyət nəzərdə tutulur. 

Türkan İSGƏNDƏRLİ