Rusiya və Belarus Qərbə qarşı birgə müqavimət göstərməlidir - Şoyqu
Rusiya və Belarus "xüsusi hərbi əməliyyat zonası"nda (Ukraynada müharibədə - red.) təlim, silahlanma və döyüş əməliyyatlarında iştirak edən kollektiv Qərblə qarşıdurmada yoldaş olmalıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Birləşmiş Qərb, 50-dən çox dövlət silahlanma, təlim və döyüş əməliyyatlarında iştirak edir - həm muzdlular, həm də təlimatçılar. Bir çox əməliyyatlar Qərb qərargahı tərəfindən planlaşdırılıb. Buna görə də, burada da, ötən onilliklər və əsrlər kimi, arxa-arxaya və çiyin-çiyinə olmalıyıq”, - deyə Şoyqu belaruslu həmkarı Aleksandr Volfoviçlə görüşdən sonra bildirib.
Turan İSMAYIL