ABŞ İranın İsrailə qarşı mümkün silsilə hücumlarına hazırlaşır
ABŞ yaxın günlərdə İrandan İsrailə qarşı kütləvi silsilə hücumlara hazırlaşır.
Redaktor.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Biz israilli həmkarlarımızla eyni qorxu və gözləntiləri bölüşürük ki, bu, bəlkə də bu həftə baş verəcək. Biz bunu çox yaxından izləməyə davam edirik", - deyə o bildirib.
Onun sözlərinə görə, bunun əhəmiyyətli silsiləli hücumlar ola biləcəyi ehtimalına hazır olmaq lazımdır, buna görə də ABŞ son bir neçə gündə bölgədəki gücünü və imkanlarını artırıb.