Bu planetdə su anbarı AŞKARLANDI
Alimlər Marsdakı qaya qatının altında maye su anbarı aşkar ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə NASA-nın bəyanatına əsaslanaraq BBC telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, su ehtiyatı NASA-nın "Mars Insight Lander" kosmik gəmisi tərəfindən aşkar edilib. Bu cihaz 2018-ci ildə kosmik missiyanın bir hissəsi kimi qırmızı planetə göndərilib.
"Mars Insight Lander" uzun müddətdir ki, torpaq və qaya təbəqələrini təhlil edir. Cihaza yaxınlıqdakı su çəninin vibrasiya tezliyini ölçmək üçün nəzərdə tutulmuş xüsusi seysmometr quraşdırılmışdır.
Seysmometr qaya qatının altında "seysmik siqnalları" qeydə alıb. Adətən belə siqnallar üzən və ya pulsasiya edən maye sudan yaranır.
İllər əvvəl Marsın qütblərinin atmosferində donmuş su və su buxarının olduğu aşkar edilmişdi. Lakin maye suyu aşkar etmək mümkün olmayıb. Yeni tapıntı Marsda içməli suyun ümumi vəziyyəti ilə bağlı fərziyyələri dəyişə bilər.
Məlumata görə, maye su anbarı Marsın səthindən 10-20 kilometr aşağıda yerləşir. Tədqiqatçılar aşkar edilmiş suyun tərkibi ilə bağlı araşdırma aparıldığını bildiriblər.
Sevinc İBRAHİMZADƏ