"İsrailə cavab vermək üçün icazə istəmirik" - İran XİN

 11:41 13.08.2024     201

"İran Haniyənin qətlinə görə İsrailə cavab vermək üçün heç kimdən icazə istəməyəcək".

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Britaniya, Almaniya və Fransanın çağırışını şərh edərkən deyib.

“İran suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizmin və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaqda qərarlıdır”, - deyə o bildirib.

Qeyd edək ki, İran İngiltərə, Almaniya və Fransanı terrorizmi dəstəkləməkdə ittiham edib.

Sevinc İBRAHİMZADƏ