İlon Mask ABŞ idarəçiliyində iştirak etmək İSTƏYİR

 11:59 13.08.2024     202

Amerikalı sahibkar İlon Mask ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə, hökumət xərclərinə nəzarət etmək üçün Donald Tramp administrasiyasına qoşulmaqda maraqlı olduğunu bildirib. Mask Trampla müsahibə zamanı namizədliyini irəli süreb.

Redaktor.az xəbər verir ki, onun çıxışları "X" sosial şəbəkəsində dərc olunub.

“Düşünürəm ki, bu kimi məsələlərə baxan və vergi ödəyicilərinin zəhmətlə qazandıqları pulların düzgün xərclənməsinə əmin olmaq üçün dövlətin səmərəlilik komissiyasının olması çox gözəl olardı”, - o bildirib.

İş adamı bu komissiyanın işində iştirak etməyə hazır olduğunu bildirib. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Maskın təklifini dəstəkləyib və onun belə bir komissiyaya qoşulmasını alqışlayacağını bəyan edərək, Maskın mükəmməl xərc azaltma bacarığına malik olduğunu vurğulayıb.

Sevinc İBRAHİMZADƏ