Yaponiya son əsrin ən böyük zəlzələsinə HAZIRLAŞIR
Yaponiya hökuməti ölkədə son əsrin ən böyük zəlzələsinə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə yerli Yaponiya yayımlarına istinadən CNN məlumat yayıb.
Mənbə bildirib ki, avqustun 8-də Yaponiyanın qərbində baş verən zəlzələ hökuməti seysmoloji tapıntılara diqqət yetirməyə vadar edib. Mütəxəssislər son zəlzələnin böyük zəlzələnin ilk əlaməti olduğunu bildiriblər.
Ölkənin cənub bölgələrində yaşayanlardan fövqəladə vəziyyətə hazır olmaları xahiş olunub. Dövlət televiziya kanalları dəfələrlə bəyan ediblər ki, hər an zəlzələ baş verə və sunami yarada bilər.
Ölkə daxilində artan təhlükə səbəbindən qatar xidmətləri yavaşlayıb. İctimai tədbirlər məhduddur. Vətəndaşlardan dağlıq bölgələrə səfərlərini təxirə salmaq istənilib.
Yaponiyanın Kobe Universitetinin professoru Shoichi Yoshioka Yaponiyanın altındakı dörd dünya lövhəsinin hərəkətinin eyni vaxtda baş verə biləcəyini söyləyib. Belə olan halda Okinava adasından Saxalinədək zəlzələlər baş verə bilər.
Mütəxəssislər zəlzələnin tektonik plitələrin toqquşduğu Nankay çuxurunda baş verdiyini ehtimal ediblər. İlkin hesablamalara görə, zəlzələnin gücü ən azı 9,1 bal ola bilər.
Yaponiyada “əsrin zəlzələsi”nə təcili hazırlıqlar başlayıb. Köhnə və yararsız tikililərin yoxlanılması və sökülməsinə başlanılıb,
Məlumat üçün bildirək ki, Yaponiyada baş verən sonuncu güclü zəlzələ 2011-ci ildə Tohoku zəlzələsi olub. Həmin vaxt zəlzələnin maqnitudası 9,1 bala çatmışdı. Zəlzələ və onun vurduğu ziyandan əlavə sunami nəticəsində 20 mindən çox insan həyatını itirib.
Sevinc İBRAHİMZADƏ