Kölndə 7 min insan bomba səbəbilə evlərini tərk edəcək

 14:50 13.08.2024     203

İkinci Dünya müharibəsindən qalma partlamamış mərmi tapıldığı üçün Kölndə təxminən 7 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

Nəşrin məlumatına görə, Porz-Vestxoven bölgəsində tikinti işləri zamanı qoruyucu ilə birlikdə Amerika istehsalı olan 20 tonluq bomba aşkar edilib. 1 km radiusda olan bütün sakinlərə evlərini tərk etmələri tövsiyə olunub. Bu tədbir təxminən 7 min sakinə, həmçinin klinika xəstələrinə, qocalar evinin sakinlərinə və yük stansiyasına təsir etdi. Partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə işçilər hadisə yerindədir.

Qəzet qeyd edir ki, keçən həftə Kölndə İkinci Dünya müharibəsi zamanı iki bomba artıq aşkar edilərək zərərsizləşdirilib. 

Təxmini hesablamalara görə, İkinci Dünya müharibəsinin sonunda faşist Almaniyasına 2 milyondan çox müxtəlif çaplı bomba atılmış, onların 10-20%-i partlamamışdı. Bir neçə aydan bir mərmilər yolları tikən və ya yeni binaların təməlini qoyan işçilər tərəfindən aşkar edilir. Bir qayda olaraq, belə tapıntılar insan həyatı üçün heç bir təhlükə yaratmır - istehkamçılar onları bir neçə saat ərzində zərərsizləşdirirlər.

Turan İSMAYIL