Bu ölkədə "Meymun çiçəyi" sürətlə yayılır
Afrika qitəsində "Meymun çiçəyi" epidemiyası sürətlə yayılır.
Redaktor.az xəbər verir ki, yaxın vaxtlarda bütün qitədə fövqəladə vəziyyət elan olunacağı gözlənilir.
Məlumata görə, 2822 nəfər virusa yoluxub, 14719 şübhəli hadisə qeydə alınıb. Bu günə qədər virus Afrikanın 13 ölkəsində, xüsusilə Konqo Demokratik Respublikasında müşahidə edilib.
Virusa qarşı hazırlanan peyvəndin qitəyə çatdırılmasında çətinliklər yarandığından karantin rejiminə keçirilməsi planlaşdırılır.
Türkan İSGƏNDƏRLİ