ABŞ-nin BMT-yə təzyiqi Fələstin probleminin həllini imkansız edir

 17:14 13.08.2024     230

Birləşmiş Millətlər Təşkilatı Fələstin problemini həll edə bilməyib.

Redaktor.az xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

“BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası 1947-ci ildən sonra Fələstin məsələsi ilə bağlı 1000-dən çox qətnamə qəbul edib, lakin ABŞ-nin BMT-yə təzyiqi bu problemi həll etməyə qoymadı", - prezident qeyd edib.

O, həmçinin bildirib ki, fələstinliləri öz torpaqlarından çıxarmaq cəhdlərini qəbuledilməzdir.

Xatırladaq ki, Fələstin prezidenti 12 avqustda Rusiya liderinin dəvəti ilə Moskvaya gəlib. 

Türkan İSGƏNDƏRLİ