HƏMAS İsrailin paytaxtı Təl-Əvivi hədəfə ALDI
HƏMAS İsrailin paytaxtı Təl-Əvivi 2 raketlə hədəfə alıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, atılan raketlər Təl-Əviv çimərliyinə düşüb. hücumda can itkisi və yaralanan olmayıb. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları iki M90 raketi ilə Təl-Əviv və ətrafını hədəf aldığını açıqlayıb.
Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib. İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu və Təl-Əviv rəhbərliyinə cavab verəcəklərini bəyan ediblər.
Türkan İSGƏNDƏRLİ