İsrail qəsdən mülki şəxsləri hədəfə alır

 10:35 14.08.2024     166

İsrailin Qəzzada sığınacaq kimi istifadə edilən məktəbləri vurmağı mülki şəxsləri hədəf aldığını göstərir.

Redaktor.az  xəbər verir ki, bu sözləri BMT-nin Humanitar Məsələlər üzrə nümayəndəsi Lisa Doughten deyib.

"Təəssüf ki, onlar tək bununla kifayətlənmir. İlkin hesabatlar göstərir ki, münaqişə başlayandan bəri məcburi köçkünlərin yaşadığı məktəblərə edilən hücumlar ən ölümcül olanlardır. Məktəbə təkcə son hücumda 100 nəfər həlak olub", - o qeyd edib.

Qeyd edək ki, Qəzzada indiyədək 40 minə yaxın fələstinli ölüb, 90 mindən çoxu yaralanıb, təxminən 10 min insanın itkin düşüb.

Türkan İSGƏNDƏRLİ