Ceyms O`Brayen Kiyevə səfər edib

 11:51 14.08.2024     243

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Ermak Kiyevdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Ceyms O`Brayen ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə aparatın saytında məlumat yerləşdirib.

"Andrey Ermak və Ceyms O'Brayen döyüş meydanındakı hazırkı vəziyyəti və Ukrayna ilə ABŞ arasında müdafiə sazişlərinin statusunu müzakirə ediblər", - məlumatda deyilib.

Həmçinin, Ukrayna Prezident Aparatının rəhbəri ABŞ prezidenti Co Baydenə və onun komandasına, eləcə də Konqresin hər iki palatasına və partiyalarına Ukraynaya göstərdikləri köməyə görə təşəkkür edib.

Sevinc İBRAHİMZADƏ