Rusiya Yaxın Şərq nizamlanmasından kənarda qalmamalıdır
Fələstin heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanması prosesindən kənarda qalması ilə razılaşmayacaq.
Redaktor.az xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas deyib.
O bildirib ki, Rusiya həmişə sülh yolu ilə həll yollarını axtarır və Yaxın Şərq probleminin beynəlxalq hüquqa uyğun ədalətli həllinə çalışır.
"Birləşmiş Ştatlar həmişə Rusiyanı bu prosesdən kənarlaşdırmaq istəyib. Biz heç bir halda Rusiyanın hər hansı Yaxın Şərq nizamlama platformasından kənarda qalması ilə razılaşmayacağıq, çünki bu, həqiqətən ədalətli olmalıdır. Rusiya İsrail dövlətini tanıyır, lakin Fələstini yenidən yaratmaqda israrlıdır. Bu, Rusiyanın BMT-də, Təhlükəsizlik Şurasında və Baş Assambleyada tutduğu mövqedir. Onun bu məsələdə mövqeyi qəti və aydındır", - Abbas yekunlaşdırıb.
Türkan İSGƏNDƏRLİ