12 yaşlı uşaq enerji içkisindən sonra insult keçirdi
Rusiyanın Sverdlovsk vilayətində 12 yaşlı uşaq enerji içkisi içib və özünü insult vəziyyətində tapıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, rusiyalı şagird içkidən iki qutu qəbul edib. Bundan sonra iki gecə ardıcıl olaraq özünü pis hiss edib. Uşaqda şiddətli baş ağrısı olub, bədəninin yarısı uyuşub.
Uşaq xəstəxanaya aparılıb, həkimlər insultdan əvvəlki vəziyyət diaqnozu qoyublar.
Həkimlər uşağın mədəsini yuyblar və daha sonra o, evə buraxılıb.
Sevinc İBRAHİMZADƏ