Şimali Koreya xarici turistlərə açıq olacaq

 17:32 14.08.2024     169

Şimali Koreya 2024-cü ilin dekabrında sərhədlərini xarici turistlər üçün açacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazır.

Beynəlxalq turizm Samjien şəhərində, daha sonra isə ölkənin qalan hissəsində bərpa olunacaq. Bundan əvvəl Şimali Koreya Yapon dənizi sahillərindəki Sondoon uşaq düşərgəsində rusiyalı məktəbliləri qəbul edib. 

Türkan İSGƏNDƏRLİ