İsrail Qəzzada sülhlə bağlı danışıqlarda iştirak edəcəyini bəyan etdi

 20:22 14.08.2024     154

HƏMAS imtina etsə belə, biz Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlarda iştirak edəcəyik.

Redaktor.az “inn.co.il” portalına istinadla xəbər verir ki, bunu İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser bildirib:

“Biz bu danışıqlarda iştirak etməkdə qərarlıyıq, çünki görüşün uğurla nəticələnməsini istəyirik. Girovların azad edilməsi üçün əlimizdən gələni etsək də, HƏMAS hər dəfə yeni şərtlər irəli sürür və yekun razılaşmanın imzalanmasına mane olur”.

Qeyd edək ki, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bir qədər əvvəl açıqlama verərək, tərəflər arasında müzakirələrin avqustun 15-də Qətərin ev sahibliyi ilə təşkil olunacağını bildirib