Fransa Olimpiada üçün nəzərdə tutulan büdcəni keçdi

 10:26 15.08.2024     277

Fransa Olimpiya Oyunları üçün nəzərdə tutulan 6,2 milyard avroluq büdcəni üstələyib.

Redaktor.az xəbər verir ki, ölkə oyunlara 11 milyard avro xərcləyib.

Bu məbləğin 4,6 milyard avrosu dövlət resursları hesabına olub. Təkcə 1,4 milyard avro Sena çayının təmizlənməsinə ayrılıb. Lakin güclü yağışlar səbəbindən təlimlər təxirə salınıb. 

Xatırladaq ki, Fransa Olimpiya Oyunları iyulun 24-də başlayıb, avqustun 11-də başa çatıb.

Türkan İSGƏNDƏRLİ