Lukaşenko NATO-nu HƏDƏLƏDİ
NATO sərhədlərini keçməyinə qədər Minsk nüvə silahından istifadə etməyəcək
Redaktor.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko həmçinin NATO-nu Belarus sərhədini pozduğuna görə dərhal cavab verəcəkləri ilə hədələyib . Dövlət başçısı bildirib ki, Minskin respublika ərazisinin mühafizəsində “qırmızı xətləri” yoxdur.
Bundan əvvəl Belarusun Baş Qərargahı nüvə silahından istifadə etməyə hazır olduqlarını bəyan edib. Müdafiə nazirinin birinci müavini Pavel Muraveykonun sözlərinə görə, respublikanın müstəqilliyinə və suverenliyinə təhlükə yaranarsa, belə bir qərar qəbul edilə bilər.