Toyuq əti oğurladı, 9 ilə qədər həbs edildi

 17:16 15.08.2024     183

ABŞ-nin İllinoys ştatında bir məktəbin qida xidmətlərinin keçmiş direktoru 9 il həbs cəzasına məhkum edilib. Qadın 1,5 milyon dollar dəyərində toyuq əti oğurlamaqda təqsirli bilinib.

Redaktor.az xəbər verir ki, hadisə barədə "ABC 7 Chicago" telekanalı məlumat yayıb.

66 yaşlı qadın məktəbdə şagirdlər üçün yemək alıb. Bu yerdən istifadə edərək dələduzluq sxemi təşkil edib. Qadın 2020-ci ildən 2022-ci ilə qədər yerli təchizatçıdan toyuq ətləri sifariş edib, lakin nəticədə məhsullar məktəbli uşaqlarına çatmayıb.

Kütləvi fırıldaqlar COVID-19-un qızğın vaxtında, şagirdlərin fiziki olaraq məktəbə getməsinə icazə verilmədiyi zaman başlayıb. 
İstintaq zamanı qadının cinayət planı üzə çıxıb. Yoxlama nəticəsində müəyyən edilib ki, məktəbin yemək xidməti departamenti tədris ilinin yarısına çatmasına baxmayaraq, illik büdcəsindən 300.000 ABŞ dollarından artıqdır.

Qadın iki il ərzində 11 min qutu toyuq budu oğurlayıb.

Sevinc İBRAHİMZADƏ