Mahmud Abbas Qəzzaya gedəcək
“Qəzza zolağı Fələstinin ayrılmaz hissəsidir və qalacaq”.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyə parlamentinin növbədənkənar iclasında çıxış edərkən bildirib.
“Fələstin ərazisində başqa dövlət yaradıla bilməz. Torpaqlarımızı tərk etməyəcəyik”, - deyə o bildirib.
Mahmud Abbas qeyd edib ki, ölüm təhlükəsinin olmasına baxmayaraq, Qəzzaya gedəcək və bu qərarından geri çəkilməyəcək.