Litva iki ölkə arasında əməkdaşlıq müqaviləsini ləğv etməyə çağırdı
Litvanın Maliyyə Nazirliyi Rusiya və Belarusla gömrük əməkdaşlığına dair müqavilələrə xitam verməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Kauno Diena (KD) yazır.
Litva Ukraynada münaqişənin başlanğıcında Rusiya və Belarusla transsərhəd ticarət-iqtisadi əməkdaşlığı dayandırıb. Bu kontekstdə Vilnüs müqavilələrə xitam verilməsini məqsədəuyğun hesab edib.
Qeyd edək ki, müqavilələr təxminən 20 il əvvəl imzalanıb.
Sevinc İBRAHİMZADƏ