Bayden Misir və Qətərin Qəzzanı danışıqlarda təmsil etdiyini AÇIQLADI

 23:27 15.08.2024     219

Misir və Qətərin təmsil olunduğu Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında mümkün yeni atəşkəs razılaşması üzrə danışıqlar davam edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Dohada yuxarıda adı çəkilən danışıqlarda HƏMAS emissarlarının iştirak etməməsini şərh edərkən deyib.

"Onlar (HƏMAS liderləri - red.) həm qətərlilər, həm də misirlilər tərəfindən təmsil olunur, biz burada danışarkən danışıqlar gedir", - Bayden jurnalistlərin suallarını cavablandırıb.

Xatırladaq ki, Qəzzada atəşkəs və HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi üzrə danışıqların növbəti mərhələsi cümə axşamı Qətərin paytaxtında başlayıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən