Pentaqon Ukraynanın Kurska hücumunun məqsədlərini öyrənir
ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə hücumunun məqsədi barədə daha çox öyrənməyə ümid edir.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatla ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsünün müavini Sabrina Sinq çıxış edib.
"Biz onların məqsəd və vəzifələri haqqında daha çox öyrənməyə çalışırıq", - o, brifinqdə deyib.
Turan İSMAYIL