Çin şirkəti Pentaqonu məhkəməyə verdi
Çinli çip istehsalı ilə məşğul olan avadanlıq istehsalçısı ABŞ Müdafiə Nazirliyinin hərbi şirkətlər siyahısına daxil edilməsinə görə məhkəməyə müraciət edib.
Redaktor.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Söhbət Çində yarımkeçirici istehsal edən maşınların əsas istehsalçılarından biri olan "Advanced Micro-Fabrication Equipment" (AMEC) şirkətindən gedir. Şirkət öz bəyanatında qeyd edib ki, Pentaqonun onu siyahıya əlavə etmək qərarı faktlara uyğun gəlmir və heç bir hüquqi əsası yoxdur.
AMEC vurğulayıb ki, şirkət hərbi şirkətlər siyahısına əlavə edildikdən sonra ABŞ Müdafiə Nazirliyinə bu cür təşkilatlar üçün kriteriyaların yerinə yetirilmədiyinə dair lazımi sübutlar təqdim edib. Çin şirkəti siyahıdan çıxarılmasını tələb edib, lakin bu, heç bir nəticə verməyib. Açıqlamada bildirilib ki, istehsalçı Müdafiə Nazirliyinin səhv qərarını ləğv etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlib.
Sevinc İBRAHİMZADƏ