Bu ölkədə dronlarla çatdırılma qanuniləşdi

 09:59 16.08.2024     231

Böyük Britaniyada dronlardan istifadə etməklə malların çatdırılması leqallaşdırılıb və bu, pilotsuz uçuş aparatlarının operatorun baxış zonasından kənarda istifadəsinə icazə verib.

Redaktor.az xəbər verir ki, bu yenilik "Amazon" kimi şirkətlərə daha səmərəli və avtonom çatdırılma sistemlərini tətbiq etməyə imkan verir.

"Amazon" artıq ABŞ-də sifarişləri çatdırmaq üçün dronlardan uğurla istifadə edir və bu ilin sonuna kimi Böyük Britaniyada oxşar xidməti işə salmağı planlaşdırır.

Şirkətin pilotsuz təyyarələri 2 kq-a qədər yükləri çatdıra biləcək ki, bu da logistikanın inkişafında mühüm addım olacaq.

Bundan əlavə, "Amazon" İtaliyada pilotsuz təyyarələrin çatdırılmasını həyata keçirmək niyyətini açıqlayıb.

Bu məqsədlər üçün şirkət həm Avropada, həm də Böyük Britaniyada istifadə olunacaq yeni MK30 pilotsuz uçan aparatı hazırlayır. Bu cür texnologiyaların leqallaşdırılması çatdırılma bazarını əhəmiyyətli dərəcədə dəyişdirərək onu daha sürətli və ekoloji cəhətdən təmiz edə bilər.

Sevinc İBRAHİMZADƏ